5 C
Baku
Tuesday, February 11, 2025

“PulPal”, “CİBPAY” və “M.A.X Sistemləri Plyus”a məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı üç elektron pul təşkilatına məcburi göstəriş verib.

Banker.az xəbər verir ki, bunlar, “PulPal” MMC, “M.A.X Sistemləri Plyus” MMC və “CİBPAY” MMC-dir.

Mərkəzi Bankın “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4-cü hissə üzrə məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “PulPal” MMC “CİBPAY” MMC-yə icrası məcburi olan göstəriş verilib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 7.1.1-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması, habelə Mərkəzi Bankın “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4-cü hissə üzrə məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “M.A.X Sistemləri Plyus” MMC-yə icrası məcburi olan göstəriş verilmişdir.

* “PulPal” MMC-dən aldığımız məlumata görə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələblərinə uyğun olaraq məcmu kapitalın minimum miqdarı üçün qoyulan tələb üzrə artıq müvafiq addım atılıb.

* Son əlavə: 6 yanvar 2024

Son xəbərlər
Digər xəbərlər