8 C
Baku
Friday, January 10, 2025

BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6%, 2026-cı ildə 3,1%-ə qədər azalacaq

BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3,6% səviyyəsində proqnozlaşdırır.

Bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında öz əksini tapıb.

BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8,8%-dən 3,7%-ə qədər azalıb.

Təşkilat ölkədə inflyasiyanın 2026-cı ildə 3,1%-ə qədər azalacağını gözləyir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün orta illik inflyasiyanı 2,7%, 2025-ci il üçün 4,6%, 2026-cı il üçün isə 4% səviyyəsində proqnozlaşdırır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər