8 C
Baku
Friday, January 10, 2025

Nazir müavini: “Taksi gözləmək üçün müddət maksimum 6-7 dəqiqədir”

Bakıda sifariş verilmiş taksinin ünvana çatması müddəti maksimum 6-7 dəqiqədir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

“Taksi sahəsində islahatlarına yenicə başlanmasına baxmayaraq artıq müsbət nəticələr müşahidə olunur. Bu islahatların məqsədi qiymətlərin artırılması deyil. Taksi fəaliyyətinin tənzimlənməsi avtomobillərin keyfiyyətinin və sürücülərin hazırlığını əhatə edir. Həmçinin sürücülərin fəaliyyəti Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənir. Göstərilən xidmətlərdə xaotiklik aradan qaldırılırsa müəyyən korreksiyasılar ola bilər”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər