8 C
Baku
Friday, January 10, 2025

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları azalıb

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2024-cü il dekabrın 31-nə 4,45 milyard dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Tənzimləyicisi məlumat yayıb.

Bildirilir ki, keçən ilin noyabrında valyuta ehtiyatları 323,6 milyon dollar artıb. Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır. Ümumiyyətlə keçən ilin yanvar-dekabr aylarında Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 562,1 milyon lari azalıb.

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü il avqustun 31-də tarixi maksimuma çataraq 5 milyard 436,8 milyon dollar təşkil edib. 2023-cü ildə beynəlxalq ehtiyatlar 101,5 milyon lari, 2022-ci ildə isə 628,1 milyon dollar artıb.

Beynəlxalq ehtiyatların strukturunda xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 3,4 milyard dollar təşkil edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər