5 C
Baku
Wednesday, January 15, 2025

“SOCAR Petroleum”un avtomobil yanacağı satışından gəlirləri açıqlandı – Bir ilə 1.8 mlrd. manat

Dövlət Neft Şirkətinin törəmə neft-qaz şirkəti “SOCAR Petroleum” QSC tərəfindən 2023-cu ildə neft və qaz məhsullarının satışından 1 milyard 818.27 milyon manat, sair xidmətlərdən 0.84 milyon manat olmaqla cəmi 1 milyard 819.11 milyon manat olub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

“SOCAR Petroleum” QSC tərəfindən 2023-ci il ərzində Neft Terminal Bazaları vasitəsilə 1 milyard 639.5 milyon ton və yanacaqdoldurma məntəqələri vasitəsilə  458.7 milyon litr neft məhsulları və 18. 5 mln. m3 Sıxılmış Təbii Qaz (STQ) satıləəb.

2022-ci il ərzində neft və qaz məhsullarının satışından  1  milyard 794.7 milyon manat sair xidmətlərdən 0.29 milyon olmaqla cəmi 1 milyard 795 milyon əldə edilib.

“SOCAR Petroleum” QSC tərəfindən bu dövrdə Neft Terminal Bazaları vasitəsilə 1.63 milyon ton və yanacaqdoldurma məntəqələri vasitəsilə 402 119 min litr neft məhsulları, 13.4 mln. m3 STQ satılmışdır.

SOCAR Azərbaycan, Gürcüstan, Rumıniya, İsveçrə, Avstriya və Ukraynada fəaliyyət göstərən və genişlənən yanacaqdoldurma stansiyası şəbəkəsinə malikdir. SOCAR Azərbaycanın yerli neft məhsulları bazarında 2008-ci ildə təsis etdiyi “SOCAR Petroleum” vasitəsi ilə fəaliyyət göstərir. Hal-hazırda SOCAR Azərbaycan ərazisində 12 Neft Terminal Bazası, 1 ədəd Sıxılmış Təbii Qaz Terminalı və 58 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyət göstərir. Bu YDM-lərin  25 ədədi “Socar Petroleum” QSC-nin balansında olan, 20 ədədi icarəyə götürülmüş YDM-lər və  13 ədəd səyyar tipli YDM-dən ibarətdir. Bundan başqa 8 ədəd YDM-də və STQ terminalında Sıxılmış Təbii Qaz (STQ) sahələri fəaliyyət göstərir.

SOCAR Gürcüstanda fəaliyyətini “SOCAR Energy Georgia” vasitəsi ilə həyata keçirir. «SOCAR Georgia Gas» MMC hal-hazırda bütün Gürcüstan üzrə 800 mindən artıq abonentə xidmət edir. Bununla yanaşı, SOCAR Energy Georgia şirkəti Gürcüstanın neft məhsullarının pərakəndə satışları bazarında da səmərəli fəaliyyət göstərir. 2023-ci ilin sonunda Gürcüstanda 107 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərmişdir.

SOCAR Rumıniyada fəaliyyətini “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir. 2011-ci ildə təsis olunan şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı təşkil edir. 2023 – cü ilin sonuna bu ölkədə SOCAR-ın 74 YDM-si fəaliyyət göstərməkdədir. 2023 – cü ilin yekunlarına əsasən, “SOCAR Petroleum SA” şirkəti Rumıniya bazarında təqribən 361 min kub metr həcmdə neft məhsullarının və 182 min ton neft-kimya məhsullarının satışını həyata keçirmişdir.

SOCAR Avropadakı kommersiya fəaliyyətinin “SOCAR Energy Holdings” şirkəti vasitəsi ilə həyata keçirir. 2023-ci ilin sonuna olan məlumata görə İsveçrədə SOCAR brendi altında 206 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri siyahısına bundan başqa Cenevrə və Sürix hava limanlarında aviasiya yanacağı təmin edən şirkətlər də daxildir. SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını 2017-ci ilin sonlarında satın almışdır. Satın aldıqdan sonra YDM-lərin rebrendinqi prosesi həyata keçirilib və 2023-cu ilin sonuna bu ölkədə SOCAR-a məxsus 87 YDM fəaliyyət göstərmişdir.

SOCAR Ukraynada da fəaliyyətlərini uğurla davam etdirmişdir. Ukrayna bazarlarında topdan və pərakəndə neft və qaz məhsullarının satışı ilə məşğul olan SOCAR Energy Ukraine 2010- cu ildə təsis edilib və 2024-cu ilin yanvar ayına olan məlumata görə Ukrayna bazarında 59 YDM və 4 neft bazası ilə fəaliyyət göstərir. 2023-cü il boyu isə şirkət təqribən 135 min ton neft məhsulunun topdan və pərakəndə satışı həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər