6 C
Baku
Wednesday, January 15, 2025

Azər Türk Bank ötən ili uğurla başa vurub

®Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.

Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyon manat, xərcləri 125,1 milyon manat olmuşdur.

2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52% çoxdur. 

Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 117% artımla 1,9 milyard manat səviyyəsindədir.

Əhali tərəfindən Banka 213 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 1,5 milyard manat həcmində depozit cəlb etmişdir.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,40%, kapitalın gəlirlilik əmsalı (ROE) 23,6% təşkil etmişdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər