6 C
Baku
Wednesday, January 15, 2025

Tehran – Van dəmir yolu yenidən fəaliyyətə başlayacaq

İranın Tehran şəhərindən Türkiyənin Van bölgəsinə qatar marşrutu tezliklə yenidən fəaliyyətə başlayacaq.

Bunu İran Dəmir Yollarının (RAI) baş direktoru Nasir Bəxtiyari bildirib.

Onun sözlərinə görə, bu yolun istifadəyə verilməsində əsas məqsəd əhaliyə keyfiyyətli xidmət göstərməkdir.

Bildirilib ki, bu nəqliyyat xəttinin açılması ilə bağlı tərəflər arasında çoxsaylı görüşlər olub, müzakirə aparılıb. Tehran-Van dəmir yolu marşrutu 2019-cu ilin iyulunda fəaliyyətə başlasa da, sonrakı illərdə layihə dayandırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər