16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
Banker.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.01.2025 ci ildə başlayaraq 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Global Energy Solutions” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001025884 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı | 50,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 12% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
Tədavül müddəti | 2 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |