Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 222 002 nəfərə çatıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əhalinin 54.5 faizini şəhər, 45.5 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11.1-dən 10.1-ə düşüb.
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 3090-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulmuşdur.