Daxili İşlər Nazirliyi çatdırılma şirkətləri ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Banker.az bu barədə Nazirliyə istinadən xəbər verir.
“Çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olun!
İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin.
Mesajda yönləndirilən saxta linklərə keçid etməyin.
Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın”, – deyə Nazirliyin məlumatında bildirilir.