9 C
Baku
Wednesday, January 22, 2025

Azərbaycanın sığorta şirkətlərində korporativ idarəetmə standartlarına dair yeni qaydalar hazırlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı yeni qaydalar hazırlayıb.

Bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Biz 2024-cü ildə məlumatların açıqlanması, korporativ standartların tətbiqi ilə bağlı əsasən banklara yönəldik. Eyni zamanda, ötən il sığorta şirkətlərində korporativ idarəetmə standarlarının tətbiqi ilə bağlı tələblər irəli sürdük. Hazırda həmin standarların tətbiqi ilə bağlı yeni qaydalar son baxışdadır. Onlar sığorta şirkətlərindən hesabatlılıq tələb edəcək. Yəqin ki, 1-2 aya biz bu tələbi sığortaçılar qarşısında qoyacağıq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər