2024-cü ildə xarici ticarət iştirakçılarının sayı 3 063 şəxs azalaraq 68 704 şəxs olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 57 416, hüquqi şəxslərin (şirkətlərin) sayı 11 288 olub. Hüquqi şəxslərin 246-sı özəl sektordan, 11 042-si dövlət sektorundan olub.
Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 3 745 şəxs, dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 40 şəxs azalıb.
Ötən il xarici ticarət iştirakçılarının sayı 71 767, o cümlədən fiziki şəxslərin sayı 61 161, hüquqi şəxslərin sayı 10 606 olmuşdur. Hüquqi şəxslərin 10 320-sı özəl sektordan, 286-sı dövlət sektorundan idi.