Bank Olmayan Kredit Təşkilatı “Azkredit” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 100 manat olan 3000 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.
Banker.az bunu BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Hazırda 3000 ədəd olmaqla səhmlərin 100 faizi Mahir Məmmədov İsmayıl oğluna məxsusdur.
BOKT-nin audit olunmuş hesabatına görə son üç ildə xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə 1,330,617 manat, 2022-ci ildə 1,320,449 manat və 2024-cü ildə 1,027,852 manat xalis mənfəət əldə edilib.
Qeyd edək ki, Mərkəzi bankın sondəyişikliyə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.