12 C
Baku
Friday, January 31, 2025

İtaliya Çinin “DeepSeek” çat-botunu bloklayıb

İtaliyanın məlumatların mühafizəsi təşkilatı Çinin “DeepSeek” çat-botunu bloklayıb. Səbəb kimi italyanların məlumatlarının qorunması göstərilir. Qeyd edək ki, dünəndən tətbiq onlayn proqram mağazalarında mövcud deyil.

İtaliya tənzimləyicisi “Hangzhou DeepSeek Artificial Intelligence ” və “Beijing DeepSeek Artificial Intelligence” ilə bağlı istifadəçi məlumatlarının emalının “dərhal” məhdudlaşdırılmasını əmr edib. Səlahiyyətlilər “DeepSeek”dən şəxsi məlumatların toplanması proseduru haqqında məlumat istəyib, lakin cavabı “qeyri-kafi” hesab edib.

Yanvarın 20-də “DeepSeek” özünün “R1 AI” süni intellekt modelini təqdim edib. Şirkət bildirib ki, onun çat-botu heç bir şəkildə Qərbdəki rəqiblərindən geri qalmır və xeyli ucuzdur. Bazar ertəsi bu, süni intellektin inkişafı ilə bağlı Amerika texnoloji şirkətlərinin səhmlərinin qiymətlərinin enməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər