Çinin “Universal Energy” şirkəti Azərbaycan bazarına daxil olub və Bakı ətrafında bir neçə elektrik stansiyanın tikilişini həyata keçirən yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, dövlət qeydiyyatına alınan “Universal Solar Azerbaijan” MMC 17 000 manat nizamnamə kapitalına sahibdir. Onun direktoru Çin vətəndaşı Zhinçenq Taodur (Zhincheng Tao). Şirkət 2025-ci ilin yanvarında dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, layihə Azərbaycanın Qobustan bölgəsində yerləşir və 100 MVt gücündə olacaq. Onun 2026-cı ilin əvvəlində şəbəkəyə qoşulması planlaşdırılır. Layihənin illik elektrik enerjisi istehsalı 180 milyon kVt/saata çatacaq ki, bu da karbon emissiyalarını ildə təxminən 146 520 ton azaltmağa bərabərdir.
Şirkətin Qazaxıstan və Özbəkistanda alternativ enerji üzrə layihələri var.