BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin (FinDev) Müşahidə Şurasında dəyişiklər olub.
Banker.şaz xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Rüstəm Əzizov Əbdülhüseyn oğlu və Emin Bayramzadə Səməd oğlu Müşahidə Şurasının üzvü seçilib.
Buna qədər Müşahidə Şurasının üzvləri olan Anar Şahbazov Ramiz oğlu və Dilbər Əhmədli Lütfiyar qızının adı siyahıdan çıxarılıb.
Xatırladaq ki, “İnkişaf üçün Maliyyə” MMC 2003-cü ildə təsis edilib. Nizamnamə kapitalı 300 min manat olmaqla, kapitalda 100 faiz payçı Böyük Britaniya şirkəti “Oksfam Təşkilati”dır.