11 C
Baku
Monday, February 3, 2025

Azərbaycanda lizinq şirkəti 2 milyon borc cəlb edir

“Legion Financial” Açıq Səhmdar Cəmiyyətinin fond bazarından ümumi həcmi 2 milyon manat olan vəsait cəlb etmək istəyir.

Banker.az xəbər verir ki, bu barədə lizinq şirkətinin emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.

Hər birinin nominal dəyəri 1 000 manat olan 2000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adi istiqrazlar buraxılacaq.

İstiqrazların illik gəlirliliyi 15 faiz olmaqla 60 ay müddətinə (5 il) tədavüldə olacaq.

“Legion Financial” maliyyə lizingi bazarında rəqabət aparır. Maliyyə lizinqin xidmətində əmlakın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur. Bu növ lizinq xidməti Azərbaycanda geniş tətbiq olunur və lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilir. Maliyyə lizinqi bazarında nəzarətedici orqan olmadığından və müvafiq statistik məlumatların məcmuəsi dərc edilmədiyindən bazarın ümumi həcmi haqqında məlumat mövcud deyildir. Banklar və bank olmayan kredit təşkilatları da bu fəaliyyət növü ilə məşğul olma hüququna malikdirlər və rəqabətin iştirakçılarıdırlar.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə təsis edilib. Hazırda onun səhmdarları bu şəxslərdir:

  • Turan İsmayılov Mübariz oğlu – 39.51%
  • Ramin Süleymanlı Rəhman oğlu – 31.59%
  • Rövşən Soltanov Rafiq oğlu – 10.48%
  • Böyükağa Məmmədov Mirkamal oğlu – 13.03%
  • Konstantin Kolas – 5.38%

 

Son xəbərlər
Digər xəbərlər