11 C
Baku
Monday, February 3, 2025

Kriptovalyuta bazarları Trampın yeni tarifləri fonunda çöküb

Kriptovalyutalar kəskin şəkildə dəyərini itirməyə başlayıb: “Bitcoin” üç həftənin ən aşağı səviyyəsinə çatıb, “Ethereum” isə 2024-cü ilin sentyabr ayının əvvəlindən minimuma düşüb. “Reuters”yazır ki, bu, ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən gələn mallara gömrük rüsumları tətbiq etmək qərarı ilə əlaqəlidir.

“CoinMarketCap”a görə, Bakı vaxtı ilə saat 10:46-a olan məlumata görə, “Bitcoin” 6.12% ucuzlaşaraq 94.1 min dollara, “Toncoin” isə 20.37% ucuzlaşaraq 3.7 min dollara düşüb.

Son 24 saat ərzində kriptovalyuta bazarının ümumi kapitallaşması 10% azalıb, ən böyük kriptovalyutaların bir çoxu 24 saat ərzində 20%-dən çox ucuzlaşıb.

Həftəsonu cənab Tramp Kanada, Çin və Meksikadan gələn mallara rüsumların tətbiqi haqqında sərəncam imzalayıb. Çin üçün bu nisbət 10%, Meksika üçün – 25%, Kanada üçün – enerji resursları üzrə 10%, digər idxal məhsulları üzrə isə 25% olacaq. Əgər ölkələr ABŞ-yə qarşı cavab tədbirlər görmək qərarına gəlsələr, tariflər artırılacaq.

Son xəbərlər
Digər xəbərlər