Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Şahverdiyev Vüsal İlqar oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, Şahverdiyev Vüsal İlqar oğlu bu təyinatadək Azericard MMC-də Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankında, Transformasiya Ofisinin direktoru və Strategiya Ofisinin direktoru vəzifəsində çalışmışdır.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.