2024-cü ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC 237.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
2023-cü ilin eyni dövründə isə “SOCAR Polymer”in ixracdan gəliri 296.7 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 59.1 milyon dollar və ya 20% azdır.