11 C
Baku
Tuesday, February 4, 2025

“Financial Times”: Çin ABŞ-nin tariflərindən yayınmaq üçün hasilatı başqa ölkələrə köçürəcək

Çin istehsalçıları hasilatı digər ölkələrə, o cümlədən Yaxın Şərqə köçürməklə ABŞ-nin tariflərindən yan keçməyə çalışırlar. Bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

“Rhodium Group”un hesabatına görə, Çinin ABŞ idxalında birbaşa payı 2017-ci ildən 2023-cü ilə qədər 8 faiz bəndi azalıb. Qəzet qeyd edir ki, məsələn, Vyetnam və Meksikadan Amerika idxalının payı bu dövrdə əhəmiyyətli dərəcədə artıb.

Bununla belə, qəzetə müsahibə verən bəzi analitiklər Çin istehsal müəssisələrinin asanlıqla xaricə köçürülə biləcəyinə şübhə edirlər. Onlardan birinin sözlərinə görə, istehsalın köçürülməsini həyata keçirə bilən hər kəs artıq bunu edib.

Keçən həftə Tramp “qanunsuz immiqrantlar və narkotiklərin yaratdığı təhlükə” fonunda Kanada, Meksika və Çindən gələn mallara əlavə rüsumlar tətbiq edən sərəncam imzalayıb. Çin üçün tariflər 10%-ə, Kanada və Meksika üçün isə 25%-ə çatacaq.

Fevralın 4-də Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Qaydaları Komitəsi Çinin fevralın 10-dan etibarən ABŞ-dən idxal etdiyi enerjiyə əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb. Kömür və maye qazın tarifi 15% təşkil edəcək. Neft, kənd təsərrüfatı texnikası, iri minik avtomobilləri və pikap avtomobillərinə isə 10% rüsum tətbiq olunacaq.

Son xəbərlər
Digər xəbərlər