Bu il Azərbaycanda balıq və dəniz məhsulları bazarında 42,64 milyon ABŞ dolları dəyərində gəlir əldə ediləcəyi gözlənilir.
Hesablamalara görə, bu, ötən illə müqayisədə 22,9% çoxdur.
2029-cu ilə qədər illik 9,81% artım tempi ilə bazarın həcmi 61,99 milyon ABŞ dollarına çatacaq.
Proqnoza görə, bu il dünyada balıq və dəniz məhsullarının satışına görə, Çin lider ölkə olacaq. İl ərzində Çində 21,2 milyard ABŞ dolları dəyərində balıq və dəniz məhsulları satılacaq.