7 C
Baku
Thursday, February 6, 2025

Rəsmi Bakı “Rossotrudniçestvo” agentliyinin Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib – Yenilənib

15:34

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

O bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.

“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında “Rus Evi” kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov vurğulayıb.

Onun sözlərinə görə, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb”.

***

12:35

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Bu xəbəri məlumatlı mənbələrdən əldə edib.

Daha əvvəl, analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər