1863–2009: 146 İldə Formalaşan Dollar Kütləsi
Müasir iqtisadiyyatın əsas dayaqlarından biri pul kütləsinin idarə olunmasıdır. Bu idarəetmə tarixi dövrlərdə fərqli yanaşmalar tələb etsə də, son yüz ildə pul siyasətinin manipulyasiya imkanları görünməmiş həddə çatmışdır.
1863–2009 illəri arasında ABŞ-da dövriyyəyə buraxılan pul aqreqatlarının həcmi belə idi:
- M1 (fiziki pul və likvid vəsaitlər): 1.7 trilyon dollar
- M2 (əmanət, fond və digər qismən likvid aktivlər): 8.5 trilyon dollar
- Ümumi pul kütləsi: 10.2 trilyon dollar
Başqa sözlə, 146 il ərzində ABŞ iqtisadi sistemində toplam 10.2 trilyon dollar dövriyyəyə buraxılmışdı.
Lakin bu sabit sistem 2008-ci il maliyyə böhranı ilə sarsıldı və nəticədə tədavüldə olan pul kütləsi daha əvvəl görünməmiş sürətlə artdı.
2009–2020: Dollar Kütləsinin Dramatik Artımı
2008-ci ildə ABŞ iqtisadiyyatı ən böyük böhranlardan birini yaşadı. Bank sistemində yaranan böhran və mənzil bazarında şişirdilmiş aktivlərin çöküşü, Federal Ehtiyat Sistemini (FED) ciddi tədbirlər görməyə məcbur etdi.
Bu tədbirlərdən ən əsası kəmiyyət yüngülləşdirməsi (quantitative easing) oldu. Yəni FED daha çox pul çap edərək iqtisadiyyata süni likvidlik daxil etdi.
Nəticədə, 2009–2020 illəri arasında:
- M1 pul kütləsi 5 trilyon dollar artaraq 6.7 trilyon dollara çatdı.
- M2 pul kütləsi 10.9 trilyon dollar artaraq 19.4 trilyon dollara yüksəldi.
- Cəmi pul kütləsi 26.1 trilyon dollara çatdı.
Bu o deməkdir ki, 146 il ərzində dövriyyəyə buraxılan pul kütləsi (10.2 trln $), cəmi 11 il ərzində 2.5 dəfə artırıldı.
Bu rəqəmlər iqtisadiyyatda tədavüldə olan pulun əvvəlki standartlardan kənara çıxdığını göstərir. Əgər iqtisadiyyatda əmtəə və xidmətlərin həcmi bu qədər artmırsa, bu zaman sistemin özündə ciddi struktur problemi yaranır.
Pul Kütləsi və İqtisadi Qanunlar
İqtisadiyyatda belə bir fundamental qayda var:
1 əmtəə = 1 pul.
Bu nə deməkdir?
- Əgər bazarda 1 məhsul varsa və 1 pul vahidi dövriyyədədirsə, həmin məhsulun dəyəri 1 pul olacaq.
- Əgər bazarda əmtəələrin sayı dəyişmirsə, lakin dövriyyədə olan pul miqdarı ikiqat artırsa, o zaman inflyasiya baş verir.
- İstehlak bazarındakı qiymətlər məhz bu mexanizmin nəticəsində yüksəlir.
Onda belə bir sual yaranır: ABŞ hökuməti bu artan pul kütləsi ilə necə mübarizə aparır?
Pul Kütləsinin İdarə Edilməsi: Süni İqtisadi Strategiyalar
Pul dövriyyəsinin əsas problemi onun bərabər paylanmamasıdır.
- Bazarda müəyyən bir seqment böyük həcmdə pulu əlində saxlayır.
- Digər seqment isə dərhal istifadə oluna bilən “sıcak para”ya ehtiyac duyur.
Əgər iqtisadiyyat bu disbalansdan dolayı yavaşlayırsa, dövriyyəni saxlamaq üçün daha çox pul çap edilməlidir.
Lakin bu sonsuz pul çapı nə qədər davam edə bilər?
Bunun həlli yeni iqtisadi mexanizmlər yaratmaqdır. Belə mexanizmlərdən biri də Bitcoin və kriptovalyutalar oldu.
Bitcoin: Rəqəmsal Qurtuluş, yoxsa Süni Dəyər?
2008-ci il böhranından sonra Blockchain adlı bir sistemin yaradılması təsadüfi deyil.
- Bu sistem yalnız decentralized (mərkəzsiz) olduğu üçün bazar tərəfindən qəbul edilə bilərdi.
- Ancaq əsas məqsəd tədavüldəki artıq pul kütləsini əritmək üçün bir vasitə yaratmaq, həmçinin kağız pullardan tədricən, ağrısız-sancısız şəkildə rəqəmsal pula keçidi təmin etmək idi.
Bu necə baş verir?
- Fərqli dünya ölkələrinin mediasında öncə Bitcoin-ə və digər kriptovalyutalara geniş populyarlıq qazandırıldı.
- İnvestorlar kütləvi şəkildə kriptovalyuta alətlərinə pul yatırmağa başladılar.
- Nəticədə, son 14 ildə kriptovalyuta bazarının ümumi kapitallaşması 4 trilyon dollara yaxınlaşdı.
- Bu illər ərzində hər böyük düşüş zamanı sistem 200-300 milyard dolları yox edir və bunu süni enişlər vasitəsilə periodik olaraq davam etdirir.
- Məsələn, son üç böyük “Crash” nəticəsində tədavüldə olan puldan artıq 5 trilyon dollar silinmişdir.
Bəs bu pul hara gedir?
Heç yerə! Çünki dəyər sadəcə yox edilir.
Bu, 2009–2025-ci illər arasında artıq pul kütləsinin insanların əlindən dolayı yolla toplanaraq “yandırılmasının” bir sistemidir.
Kriptovalyutalar və ya Bitcoin: Yox Olacaqmı?
Mən Bitcoin-in tamamilə yox olacağını demirəm.
Amma BTC-nin süni şəkildə dəyər qazandırılmış “heçlik” olduğunu əminliklə deyirəm.
Bu süni dəyər qazanma prosesi 10 il yox, 100 il də davam edə bilər.
- Zaman keçdikcə bir çox kriptovalyuta yox olacaq, digərləri isə populyarlıq qazanacaq.
- Hətta bu gün bazarda olmayan bəzi kriptovalyutaların bir müddət sonra TOP 10-luğa daxil olduğunu görə bilərik.
- Eləcə də, hazırda yüksək bazar dəyərinə malik bəzi kriptovalyutaların tamamilə yox olmasını müşahidə edə bilərik.
Bütün bu proseslər bir oyun sistemidir:
- Əvvəlcə süni dəyər yaradılır.
- Sonra həmin dəyər müəyyən aralıqlarla qırılır.
- Hər böyük “bull run” (buğa trendi) trilyonlarla dolların bazardan silinməsi ilə nəticələnir.
- Amma bu silinən pul real iqtisadiyyata qayıtmır, sadəcə yox olur.
Əgər ticarət edirsinizsə, alış-satış arasındakı fərqdən real qazanc əldə edin, pulu çıxarıb gerçək dünyada dəyərləndirin.
Ancaq heç vaxt uzunmüddətli olaraq hər hansı bir kriptovalyutaya bel bağlamayın…
Bitcoin – Süni Dəyər, yoxsa Gələcəyin Valyutası?
Pul sistemində manipulyasiya tarixin ən köhnə taktikalarından biridir.
Həmişə dövriyyədəki artıq pulun iqtisadiyyata təsirini balanslaşdırmaq üçün süni mexanizmlər yaradılıb.
Bitcoin isə bu sistemin modern bir variantıdır.
Bununla belə, dünya tədricən rəqəmsal pula keçid edir və gələcəkdə kriptovalyutalar əsas tədavül vasitələrindən biri olacaq.
Amma məhz hansı kriptovalyutalar?…
Müstəqil Maliyyə Analitiki, Ekspert
Lətif Baxışov