Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli Qərar imzalayıb.
“Tiko Azərbaycan” MMC 2022-ci ildə yaradılıb və 750 min manat nizamnamə kapitalı var.
Bununla da, lisenziyalı elektron pul təşkilatlarının sayı 15-ə yüksəlib.