6 C
Baku
Wednesday, February 12, 2025

Azərbaycanda illik inflyasiya 5.4 faizə yüksəldi

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına 5.4 faiz artmış olub ki, bu Azərbaycan Mərkəzi Bankının hədəfinin tavan hissəsinə 0.6 faiz bəndi aralı olduğu deməkdir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Mərkəzi Bank həmişəki kimi, bu ildə illik inflyasiyanın 2%-6% aralığında hədəfləyib. Bu hədəfdən yuxarı hədd artıq tənzimləyicini yenidən hərəkətə keçdirə bilər. AMB 2024-cü ilin mayından bu tərəfə uçot faiz dərəcələrindəki yumşalmanı dayandırıb, sabit saxlayıb. Faiz dəhlizinin aşağı həddi – 6.25%, yuxarı həddi – 8.25% və uçot faiz dərəcəsi – 7.25%-dir.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8.4 faiz təşkil edib.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz təşkil etmişdir.

Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlarına əsasən, illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə isə 3.8% ətrafında olacağı gözlənilir. Qeyd edək ki, 2024-cü ilin oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilirdi.

Son xəbərlər
Digər xəbərlər