0 C
Baku
Saturday, February 22, 2025

“YouTube” 20-ci ildönümü münasibətilə interfeysini dəyişib

“YouTube” video xidməti 2017-ci ildən bəri ilk dəfə platformanın vizual üslubunu dəyişib. Belə ki, xidmətin əsas rəng çalası olan qırmızı indi daha “yumşaq” olub, həmçinin interfeysə qradient əlavə edilib.

Yeniləmənin əsas səbəbi qırmızının əvvəlki çalaları ilə əlaqəli texniki problemlərdir. “YouTube”un izah etdiyi kimi, əvvəlki rəng çox sərt görünürdü. Eyni zamanda, bəzi model televizorlarda “yanmış ekran” effektini verirdi.

Əsas rəngin dəyişməsi ilə yanaşı, şirkət korporativ palitraya bənövşəyi rəngi əlavə edib. Qradient həmçinin “abunə olun” və “bəyən” düymələri daxil olmaqla interfeysin əsas elementinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər