®Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən “PAŞA Bank” maliyyə əlçatanlığının artırılması istiqamətində yeni addımlar atmağa davam edir.

Beləliklə, bütün şərtlərin tətbiq olunduğu halda onlayn biznes krediti üzrə müraciətə cavab müştərilərə 15 dəqiqə* ərzində bildirilir. Sorğu təsdiq olunduğu halda, vəsait 2 saat* ərzində sahibkarın hesabına köçürülür.

Kreditə müraciət prosesini daha da asanlaşdırmaq üçün biznes sahibləri tərəfindən Bankın filiallarına əlavə sənədlər təqdim edilməsi və ya hesab açılması tələb olunmur. Bank, 250 000 AZN-ə qədər onlayn biznes kreditini müştərilərə tamamilə onlayn şəkildə əldə etmək imkanı təqdim edir. Bu yanaşma, müştərilərin vaxtını optimallaşdıraraq, bizneslərini daha səmərəli şəkildə idarə etmələrinə dəstək göstərir.

Bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.

Xatırladaq ki, “PAŞA Bank” real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “İnternational Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.

*Şərtlər tətbiq ediləcəkdir.