2024-cü ildə Azərbaycanda daxildə emal xüsusi gömrük prosedurundan yararlanmaqla ixrac olunan malların ümumi dəyəri 2023-cü illə müqayisədə 61,9% artaraq 455 milyon ABŞ dolları təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, 2022-ci illə müqayisədə isə artım 3,3 dəfə olub.