“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 tender elan edib.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24 500 000 manatdır.
2-ci müqavilədə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur.
Bu müqavilənin dəyəri isə 24 000 000 manatdır.