16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda icbari avtosığorta bazarı 77% artıb

Bu ilin mart ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 842 müqavilə qeydiyyata alınıb. Büronun verdiyi xəbərə görə, bunun 11 004-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Hesabat ayında standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 9,5 mln. manat təşkil edib.

Qeyd edək ki, bu sığorta növü üzrə martda bağlanılan standart müqavilələrin 22 034-ü indiyədək informasiya sistemində mövcud olmayan, yəni icbari sığortası olmayan avtonəqliyyat vasitələri ilə bağlı olub.

Ötən ilin mart ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 59,1%, sığorta haqlarının məbləğində isə 76,8% artım müşahidə edilib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 240 176 müqavilə bağlanılıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 20,1 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 31% artım müşahidə edilib.

-Report

Son xəbərlər
Digər xəbərlər