BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukrayna münaqişəsinə dair qətnamə layihəsinin lehinə səs verib. Bildirilir ki, sənəd neytral xarakter daşıyır və Rusiyaya qarşı heç bir ittihamı nəzərdə tutmur.
BMT Təhlükəsizlik Şurasının 10 üzvü qətnamə layihəsinin lehinə səs verib. Səs verənlər arasında Rusiya, ABŞ və Çin də var. Böyük Britaniya və Fransa da daxil olmaqla 5 ölkə səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, qətnamənin qəbulu üçün daimi üzvlərin, yəni ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın veto qoymaması tələb olunur. Qəbul edilmiş sənəd iki bənddən ibarətdir: Ukraynadakı münaqişədə həlak olanların kədərini ifadə edən preambula və Ukrayna ilə Rusiya arasında münaqişənin tezliklə dayandırılmasına və uzunmüddətli sülhün bərqərar olmasına çağıran qətnamə.