0 C
Baku
Tuesday, February 25, 2025

“Bank Avrasiya”da yeni təyinat

“Bank Avrasiya” ASC-nin Audit Komitəsinin sədri dəyişdirilib.

Banker.az xəbər verir ki, Rüfət Faxrəddin oğlu Seyidzadə Audit Komitəsinin sədri seçilib.

Buna qədər vəzifədə Babaşov Vurğun Sitam  oğlu idi.

Seyidzadə Rüfət Faxrəddin oğlu “Bank Avrasiya”nın Müşahidə Şurasının Müstəqil üzvüdür. O, informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssisdir və uzun müddət ölkənin aparıcı şirkətlərindən biri olan “NAB Group of Companies” Şirkətində rəhbər vəzifələrdə çalışmışdır.

Məlumat üçün qeyd edək ki, Audit Komitəsinin müstəqil kənar üzvləri isə Vahid Rəhman oğlu Paşayev və  Zaur Qalib oğlu Əhmədovdur.

Son xəbərlər
Digər xəbərlər