3 C
Baku
Thursday, February 27, 2025

“Bank of Baku” səhmdarlarının toplantısı keçiriləcək

14 aprel 2025-ci il tarixində saat 15:00-da “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

Banker.az xəbər verir ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar.

Ünvan bankın baş idarəsi, Bakı AZ1069, Atatürk prospekti 42-dir.

Qeyd edək ki, “Bank of Baku” ASC-nin səhmdarları Hikmət Əbuzər oğlu İsmayılov (31%),  Elçin Həmid oğlu İsayev (5%), “Azpetrol Neft Şirkəti” MMC (29%) və “Nab Holding Anonim Şirkəti”dir (35%).

 

Son xəbərlər
Digər xəbərlər