2 C
Baku
Thursday, February 27, 2025

Bakı parkları 57 milyon manata təmir ediləcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan edib.

Banker.az xəbər verir ki, tenderdə Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 31 999 952 manatdır.

Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması isə 24 999 810 manata başa gələcək.

Son xəbərlər
Digər xəbərlər