Azərbaycanda 2025-ci ilin ilk ayında verilmiş kreditlərin göstəriciləri onların bahalaşdığını göstərir.
Banker.az Azərbaycan Mərkəzi Bankının yanvar üçün təqtim etdiyi göstəricilərə istinadən xəbər verir ki, yeni verilmiş kreditlərin illik faizləri 17.75 faiz olmaqla 2023-cü ilin avqustundakı səviyyəyə yüksəlib.
Manatda verilən yeni kreditlər 2024-cü ilin dekabr ayı ilə müqayisədə 1.19 faiz bəndi yüksəlib. Kredit faizləri indiyə qədər bu qədər kəskin şəkildə yüksəlməmişdi. Mərkəzi Bank yei verilmiş kreditləri iqtisadi fəaliyyət sahəsi və ya struktur bölgüsü ilə deyil, ümumilikdə təqdim edir.
Milli valyutada olan kreditlərin faizləri üzrə orta göstəricilər şirkətlər üçün yanvarda 10.71 faizdən 10.81 faizə, əhali üçün 16.32 faizdən 16.50 faizə yüksəlib.