4 C
Baku
Tuesday, March 4, 2025

Neftçala Sənaye Məhəlləsinə qoyulan investisiyanın məbləği açıqlanıb

Sahibkarlar Neftçala Sənaye Məhəlləsinə bugünədək 49,5 milyon manat investisiya yatırıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, bu sənaye məhəlləsində mövcud layihələr üzrə əlavə olaraq 13,6 milyon manat investisiyanın yatırılması nəzərdə tutulur.

Bildirilib ki, məhəllədə 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.

Neftçala Sənaye Məhəlləsində indiyədək ümumi dəyəri 210 milyon manatdan çox olan məhsul istehsal edilib, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür.

Bundan başqa, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və 5-i istehsal fəaliyyətinə başlayıb.

Son xəbərlər
Digər xəbərlər