ABŞ-nin transmilli qənnadı məhsul istehsal edən şirkəti “Mars Inc.” Azərbaycanda törəmə şirkət təsis edib.
Banker.az xəbər verir ki, yeni təsis edilən “Mars Azərbaycan” MMC-dir (“Mars Azerbaijan). Şirkət 2025-ci ilin yanvarında yaradılıb.
Yeni təsis edilmiş şirkətin nizamnamə kapitalı 1 475 000 manat olmaqla Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25e ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkət direktoru Mübaris İsmayılov İsmixan oğludur. O, uzun illərdir bu sahədə fəaliyyət göstərir və 2019-cu ildən etibarən Azərbaycan Respublikasındakı “Mars “nümayəndəlik ofisində çalışır.
“Mars” şirkətinin Azərbaycan Respublikasında rəsmi distributoru “Veysəloğlu” şirkətidir.
“Mars” Amerikanın transmilli qənnadı məmulatları, ev heyvanları üçün qida və digər qida məhsulları istehsalçısıdır. Onun 23 iyun 1911-ci ildə əsası qoyulmuşdur, baş ofisi Virciniya ştatının MakLin şəhərində yerləşir. Şirkətin dünyada bir sıra məşhur “Snickers”, “M&Ms”, “Twix”, “Cheez It” və s. kimi brendləri var.








