İki il əvvəl “Facebook”un 2 milyard dollara aldığı “Oculus Rift” istifadəçi gizli məlumatlarının təhlükəsizliyini qoruya bilməməsi ilə bağılı məlumatlar yaılıb.
“Digitaltrends”-nin xəbərinə görə, “Oculus”un daxilində olan “always on” rejimi məlumatlarınızın “Facebook”a göndərilməsi işini yerinə yetirir. “Oculus Home”un daxilində olan bu rejim “Oculus Home”u bağlasanız belə məlumatları “Facebook”a göndərməkdə davam edir.
Həmçinin, bu rejimin köməyi ilə “Facebook” istifadəçinin IP adresini öyrənib GPS vasitəsilə yerləşdiyi ərazini müəyyən edir.
-Technews.az