Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.
İclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi, həmçinin bir neçə qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.