5 C
Baku
Sunday, March 9, 2025

Suriyanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü 13 ildən sonra bərpa edilib

Suriyanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyü 13 ildən sonra bərpa edilib.

Məlumata görə, belə bir qərar İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının martın 7-də Ciddədə keçirilən fövqəladə iclasında qəbul edilib. Məsələ Türkiyənin təşəbbüsü ilə təşkilatın gündəliyə daxil edilib.

Müvafiq qətnamənin qəbulundan sonra Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani iclasa dəvət olunub və İƏT-in xarici siyasət qurumlarının rəhbərləri sırasında öz yerini tutub.

Suriyanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərar İƏT-in 2012-ci il avqustun 14-15-də Məkkədə keçirilən fövqəladə sammiti zamanı qəbul edilib. Bu tədbirə keçmiş prezident Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı zorakılığının artması səbəb olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etmək üçün bir gün əvvəl Səudiyyə Ərəbistanına gedib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər