7 C
Baku
Wednesday, March 12, 2025

Azərbaycanın xariclə ticarət balansında cəmi $21 milyonluq profisit yaranıb

2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətində 21.2 milyon dollarlıq müsbət ticarət saldosu əldə edib. Halbuki, keçən ilin eyni dövründə ticarət dövriyyəsində 985.8 milyon dollar müsbət saldo yaranmışdı.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi 4,13 milyard dollar olub. Bunun 2,07 milyard dolları ixrac, 2,05 milyard dolları isə idxal məhsullarının payına düşüb.

Ticarət saldosu ölkənin ixrac və idxal arasındakı fərqidir. Əgər ixrac idxaldan çox olarsa, müsbət saldo (ticarət profisiti), əks halda isə mənfi saldo (ticarət defisiti) yaranır. Müsbət saldo ölkəyə daha çox valyuta daxil olduğunu, mənfi saldo isə xaricə daha çox valyuta çıxdığını göstərir.

2024-cü ilin yanvar ayı ilə müqayisədə ticarət dövriyyəsi 25,3 faiz artsa da, ixrac 12,5 faiz azalıb, idxal isə 50,1 faiz yüksəlib. Qeyri neft-qaz məhsullarının ixracı 245,8 milyon dollar təşkil edib ki, bu da faktiki qiymətlərlə 10,7 faiz artım olsa da, real ifadədə 10,4 faiz azalma deməkdir.

Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət edib. Bu müddətdə 75 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən isə idxal həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər