Ötən il məcburi köçkün siyahılarında aparılan dürüstləşmələr nəticəsində 39,1 min nəfərin müavinəti kəsilib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 408,4 min nəfər təşkil edib ki, bunlardan da 50,2 min nəfər 33,0 manat, 358,2 min nəfər isə 60,0 manat alanlardır. Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287207,7 min manat (o cümlədən 919,1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib. İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 39,1 min nəfər azalıb ki, bunun da 31 min nəfəri təmas xəttinə yaxın olan ərazilərin payına düşür.