Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusilə ATƏT-ə ehtiyac qalmayacaq.
Bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı şərh edərkən bildirib.
“Sülh sazişi imzalandıqdan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyacın olmadığını qeyd etmək mümkün olacaq”, – o vurğulayıb.