15 C
Baku
Monday, March 17, 2025

Azərbaycanın xaricə satdığı xam neft və təbii qaz həcmi artıb

Azərbaycan 2025-ci ilin ilk iki ayında 4.778 milyon ton həcmində xam neft satmaqla öncəki ili üstələsə də, qiymətlərin düşməsi səbəbindən bu məhsulun satışından daxil olan valyutanın həcmi illik müqayisədə azalıb.

Banker.az-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə neftin satışından 2.673 mlrd. dollar gəlir daxil daxil olub.

İxracın həcmi illik müqayisədə 4%, dəyəri isə 5% az olub.

Keçən il neftin bir tonu 615 dollara satıldığı halda, bu il qiymətlər cari ildə 559 dollara düşüb.

Bu da o deməkdir ki, ölkə qiymətin ucuzlaşmasına görə, hər tonunda 56 dollar daha az gəlirə səbəb olub. Bu da cari ilin ilk iki ayında ümumilikdə 267.6 dollar itki deməkdir.

Neftdən sonra ikinci ən iri valyuta gətirən təbii qazın həcmi illik müqayisədə 4.187 mlrd. kub-metr və ya 1.55 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 6% çoxdur.

Hər 1000 kub-metrinin qiyməti 369 dollardan 370 dollara qaldırılıb.

 

Son xəbərlər
Digər xəbərlər