8 C
Baku
Thursday, March 20, 2025

Ötən il Azərbaycana birbaşa xarici investisiyalar 7 mlrd. dollar təşkil edib

Ötən il Azərbaycana birbaşa xarici investisiyalar (BXİ) 7 mlrd. dollar təşkil edib. Birbaşa xarici investisiyaların repatriasiyası isə 7,2 mlrd. dollar olub.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

Azərbaycandan xaricə birbaşa xarici investisiyalar isə 1,8 mlrd dollara bərabər olub. Ən çox yatırım edilən ölkələr sırasında BƏƏ, Türkiyə, Birləşmiş Krallıq və Gürcüstan yer alıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər