10 C
Baku
Wednesday, March 19, 2025

Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlanıb

2024-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4,7 milyard dollar təşkil edib.

Bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 6,3%-ni təşkil edib.

Neft-qaz sektoru üzrə CƏH-in profisiti 15 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 10,38 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırmışdı.

Sonuncu dəfə bu il dekabrın 6-da “S&P Global Ratings” Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər