7 C
Baku
Thursday, March 20, 2025

“Fitch Ratings” qızılın 2025-2027-ci illər üzrə qiymət proqnozunu artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi qızılın 2025-2027-ci illər üçün qiymət proqnozunu yüksəldib.

Bu barədə reytinq agentliyinin mə. Məlumata görə, “Fitch” 2025-ci il üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu 2100 dollardan 2400 dollara, 2026-cı il üzrə 1700 dollardan 2100 dollara, 2027-ci il üzrə isə 1700 dollardan 2000 dollara qədər artırıb. Başqa sözlə, proqnoz 2025-2027-ci illər üzrə 300-400 dollar artırılıb. Agentlik qeyd edib ki, yeni proqnoz geosiyasi risklər səbəbindən investorların qızıla tələbinin artması ilə bağlıdır: “2025-2027-ci illər üçün artırılmış qızıl qiyməti proqnozları, qiymətli metalın “təhlükəsiz liman” olması ilə bağlıdır. Ticarət müharibəsi ilə bağlı narahatlıqlar və səhmlər, eləcə də istiqraz bazarlarındakı dəyişkənlik qızıla yatırımları artıraraq qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub. Geosiyasi risklər və investorların inflyasiya, həmçinin dövlət borcu ilə bağlı artan narahatlıqları yaxın və orta müddətli qiymət proqnozlarını dəstəkləyir”.

“Fitch” 2028-ci il üzrə isə qiymət proqnozunu 1800 dollardan 1600 dollara endirib. Analitiklər hesab edir ki, bu, bazarın sabitləşməsi, ticarət risklərinin azalması və ya alternativ investisiyalara yönəlmə ilə izah edilə bilər. Agentlik həmçinin qızıl uzunmüddətli qiymət proqnozunu da 1600 dollar müəyyən edib. Bu da qızılın strukturlaşdırılmış dəyər dinamikasını əks etdirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər