1 C
Baku
Saturday, December 14, 2024

“Bank of Azerbaijan”ın iflas proseduru başlandı

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.

Fonddan verilən məlumata görə, artıq “Bank of Azerbaijan”ın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılıb və 05 aprel 2016-cı il tarixində başa çatdırılıb.

 

Son xəbərlər
Digər xəbərlər