Böyük çip istehsalçıları “Nvidia” və “AMD”nin səhmləri birjadankənar ticarətdə əhəmiyyətli dərəcədə azalıb. Bu, ABŞ-nin Çinə süni intellekt çiplərinin tədarükü ilə bağlı yeni məhdudiyyətləri ilə bağlı olub.
Xatırladaq ki, dünən, aprelin 16-da ABŞ Ticarət Nazirliyi “Nvidia” və “AMD” çipləri üçün yeni lisenziya tələblərini açıqlayıb. Bununla da Donald Tramp administrasiyası onsuz da ciddi nəzarət altında olan Çinə yarımkeçirici tədarükünü bir az da məhdudlaşdırıb.
Hələ ticarət açılmamışdan əvvəl “Nvidia” səhmləri 6,7%, “AMD” səhmləri isə 7% ucuzlaşıb. 2022-ci ildə ABŞ hakimiyyəti bir sıra yüksək texnologiyalı çiplərin Çinə ixracına məhdudiyyətlər qoyub. Ölkə bunu milli təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırıb.